Xaçmazda qəza, 80 abonent qazsız qalıb

Xaçmazda qəza, 80 abonent qazsız qalıb
  23 Oktyabr 2019    Oxunub:1597
Xaçmaz rayonunun Bəyqışlaq kəndini qazla təmin edən diametri 108 mm olan qaz xətti gecə saatlarında avtomobil qəzası zamanı yararsız hala düşüb.
Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən Azvision.az-a verilən məlumata görə, hazırda 80 abonentin qaz təminatı dayandırılıb.

“Azəriqaz” İB-nin Xaçmaz Regional qaz istismarı İdarəsindən bildirilib ki, yaxın saatlarda bərpa işlərinə start veriləcək.

Azvision.az



Teqlər: Qaz   Xaçmaz  





Xəbər lenti