Yeddi evdən oğurluq edənlər ələ keçdi

Yeddi evdən oğurluq edənlər ələ keçdi
  22 Oktyabr 2019    Oxunub:3401
Daxili işlər orqanlarının əməkdaşları soyğunçuluqla və oğurluqla məşğul olan şəxslərin tutulması istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, oğurluq etdiklərinə görə tutulmuş E.Həsənovun və C.Ağayevin ətraflarında Baş Cinayət Axtarışı İdarəsinin və Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri ilə onların rayon ərazisindəki yeddi evdən pul, qızıl, inşaat materialları və məişət əşyaları oğurlamaları müəyyənləşdirilib.

Soyğunçuluq etdiyinə görə tutulmuş E.Həşimov ilə bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində onun bu il iyulun 14-də bir qadına zor tətbiq edərək qızıl sırğasını alması da müəyyən olunub.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti