Mingəçevir su anbarı ov vasitələrindən təmizlənir

Mingəçevir su anbarı ov vasitələrindən təmizlənir
  22 Oktyabr 2019    Oxunub:2058
Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti tədbir Mingəçevir su anbarında keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, 8 saylı Regional Ekologiya və Su Nəqliyyatında Polis idarələrinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Mingəçevir su anbarının bir hissəsi balıqların ovlanması üçün qurulan qadağan olunmuş ov vasitələrindən və sintetik torlardan təmizlənib.

Mingəçevir su anbarında və digər su hövzələrində reydlər davam etdirilir.

Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti