FHN Qusarda dərəyə düşən şəxsi axtarır

FHN Qusarda dərəyə düşən şəxsi axtarır
  22 Oktyabr 2019    Oxunub:1989
Oktyabrın 21-də saat 18:30 radələrində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qusar rayonunun Buğur kəndi ərazisində, mürəkkəb relyefli yüksək dağ massivində 1987-ci il təvəllüdlü Sərxanov Sərxan Sahib oğlunun hündürlükdən yıxılaraq dərəyə düşdüyü ehtimal olunur.
FHN-dən Azvision.az -a verilən məlumata görə, nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti