Qanunsuz saxlanılan silah-sursat götürülüb

Qanunsuz saxlanılan silah-sursat götürülüb
  21 Oktyabr 2019    Oxunub:2619
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini E.Bayramovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi və nömrəsi silinən qaz tapançası aşkar edilərək götürülüb.

Bundan başqa, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vəndam qəsəbə sakini Q.Qasımovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN   Silah  





Xəbər lenti