Masallıda 9 otaqlı evdə yanğın olub

  20 Oktyabr 2019    Oxunub : 4556
Masallıda 9 otaqlı evdə yanğın olub
Masallı rayonunda hər mərtəbəsi 200 m² olan ikimərtəbəli 9 otaqlı evin ikinci mərtəbəsində 2 otağın tavanı 60 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın