Keçmiş məhkum yenidən cinayət törədib

  19 Oktyabr 2019    Oxunub : 4518
Keçmiş məhkum yenidən cinayət törədib
Bakıda avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini S.Həsənova məxsus “Mercedes” markalı avtomobildən maqnitofon və 2 ədəd yaddaş kartı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Süleymanov saxlanılıb.

Azvision.az

Teqlər: DİN   Cinayət