Taksi sürücüsünü döyüb pulunu və telefonunu aldılar

  19 Oktyabr 2019    Oxunub : 1073
Taksi sürücüsünü döyüb pulunu və telefonunu aldılar
Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edən Qazax rayon sakini A.Bağırov oktyabrın 17-də saat 19 radələrində idarə etdiyi “Opel” markalı avtomobilə sərnişin qismində minən 2 nəfərin onu döyərək 88 manat pulunu və mobil telefonunu apardıqlarını bildirib.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlərdən Gəncə şəhər sakini S.Ələkbərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb, digər şəxs isə müəyyən edilib.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: Taksi   DİN