Bakıda meymun evdən qaçıb, tapana mükafat veriləcək - FOTO

  19 Oktyabr 2019    Oxunub : 1822
 Bakıda meymun evdən qaçıb, tapana mükafat veriləcək - FOTO
Bakının Binə qəsəbəsində yaşayan vətəndaşa məxsus meymun evdən qaçıb.
Azvision.az -ın məlumatına görə, bununla bağlı qəsəbənin müxtəlif yerlərində elan yerləşdirilib.

Elanda qeyd olunur ki, meymun oktyabrın 17-də saat 15:00 radələrində 117 nömrəli məktəbin yaxınlığında yoxa çıxıb. Bildirilir ki, meymun xəstədir və müalicə alır. Onu görənlərdən sahibinə xəbər vermələri xahiş olunur.

Meymunun sahibi Elmira xanım heyvanı tapana mükafat vəd edib.



Kənan Məmmədov
Azvision.az

Teqlər: Binə   Meymun