4 evdən oğurluq edən şəxslər ələ keçib

4 evdən oğurluq edən şəxslər ələ keçib
  18 Oktyabr 2019    Oxunub:4197
Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 3 evdən 3 mobil telefon oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini İ.Rəşidov saxlanılıb.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, daxil olan digər məlumat əsasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-da Masazır qəsəbəsindəki evlərin birindən 5900 manat, 900 ABŞ dolları və 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini M.Həsənov saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti