Məktəblərə nəqliyyat vasitələrinin verilməsi gündəmdə deyil - Açıqlama

  17 Oktyabr 2019    Oxunub : 871
 Məktəblərə nəqliyyat vasitələrinin verilməsi gündəmdə deyil - Açıqlama
"Ayrı-ayrı məktəblərə nəqliyyat vasitələrinin verilməsi gündəmdə deyil".
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətlərində bu məsələlərin düzgün planlaması və tənzimlənməsi müzakirə edilir:

"Yeni ərazilərin planlaşdırılması zamanı bu məsələlər diqqət mərkəzində saxlanılmalıdır. Bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən layihələr var. Şagird kontingentinin sıxlığına və gediş-gəlişi ilə bağlı problemləri əsasən kortəbii inkişaf edən ərazilərdə müşahidə edirik. Əfsus ki, belə ərazilər mövcuddur".

Aytən Zəhra
Azvision.az

Teqlər: Təhsil