Ağsuda 70-ə yaxın ev qazsız qalıb

Ağsuda 70-ə yaxın ev qazsız qalıb
  16 Oktyabr 2019    Oxunub:1429
Bu gün günorta saatlarında Ağsu şəhəri H. Aslanov küçəsində betonqarışdıran avtomobil ilə 76 mm diametrində olan qaz kəmərini vurub qırıblar.
Bu barədə Azvision.az -a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat veriblər.

Nəticədə abonentlərə məxsus 3 ədəd smart-kart tipli qaz sayğacı tamamilə yararsız vəziyyətə düşüb, 70-ə yaxın evin qaz təchizatı dayanıb. Artıq bərpa işlərinə başlanılıb. İşlərin tez bir zamanda başa çatdırılması planlaşdırılır.

Azvision.az



Teqlər: Qaz  





Xəbər lenti