Tovuz sakini bıçaqlanaraq öldürülüb

Tovuz sakini bıçaqlanaraq öldürülüb
  14 Oktyabr 2019    Oxunub:1572
Oktyabrın 12-də saat 20 radələrində Tovuz rayonunun Hunanlar kəndi ərazisindən şəhər sakini Asif İbrahimovun aldığı bıçaq xəsarətindən ölmüş vəziyyətdə xəstəxanaya gətirilməsi barədə Tovuz RPŞ-yə məlumat daxil olub.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini F.Məmmədov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti