Abşeronda keçmiş məhkum avtobusu yandırıb

Abşeronda keçmiş məhkum avtobusu yandırıb
  14 Oktyabr 2019    Oxunub:1763
Abşeron rayonunda keçmiş məhkum yenidən cinayət törədib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, oktyabrın 12-də saat 4 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində qəsəbə sakini K.Nəcəfova məxsus “İsuzu” markalı avtobus yandırılıb.

Nəticədə yanar konstruksiyalar yanıb, xəsarət alan olmayıb.

Avtobusu yandıran Sabirabad şəhər sakini, əvvəllər məhkum olunmuş H.Nəsirov könüllü olaraq Abşeron Rayon Polis İdarəsinə gələrək istintaqa təslim olub. Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti