Bakı polisi narkotacir və maşın oğrularını saxlayıb

  14 Oktyabr 2019    Oxunub : 848
Bakı polisi narkotacir və maşın oğrularını saxlayıb
Paytaxtda ictimai təhlükəli əməllər törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsindən Azvision.az -a verilən məlumata görə, Bakı Şəhər BPİ və Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini R.Qurbanlının mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Qazax rayon sakini S.Vəlizadə saxlanılıb.

Eyni zamanda Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində P.Bəşirova məxsus “VAZ-2101”, E.Mustafayevə məxsus “VAZ-21011” markalı avtomobilləri qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş M.Ağayev və bir yeniyetmə saxlanılıb.

Bundan başqa Nəsimi RPİ 20-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunan A.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 35 qramdan artıq heroin və 68 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

Azvision.az

Teqlər: BŞBPİ   Cinayət