Stansiyalarda oğurluq edənlər tutuldu

Stansiyalarda oğurluq edənlər tutuldu
  14 Oktyabr 2019    Oxunub:1529
Dəmir yolu stansiyalarında oğurluq edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 12-də Astara dəmir yolu stansiyasında dayanmış teplovozdan 120 litr dizel yanacağı, Sabunçu dəmir yolu stansiyasının ərazisindən 100 metr elektrik naqili, Bakı Yük Stansiyasının ərazisindən isə rels altlığı oğurlamağa cəhd göstərmişlər - Astara şəhər sakini S.Bayramov, Bakı şəhər sakinləri B.Məmmədov, M.Hacıyev və İ.İsmayılov saxlanılıblar. Araşdırmalar aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti