3 piyada yol qəzasında öldü

  11 Oktyabr 2019    Oxunub : 796
3 piyada yol qəzasında öldü
Oktyabrın 10-da saat 9 radələrində Sabunçu rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini L.Qafarova idarə etdiyi “Chevrolet” markalı avtomobillə paytaxt sakini Gülbacı Mirzəyevanı vurub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilən G.Mirzəyeva orada ölüb.

Bundan başqa Səbail rayonunun Yeni Salyan yolu küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Abşeron rayon sakini Aidə İsmayılova vurulub və həmin şəxs zərbədən qarşıdan gələn Bakı şəhər sakini C.Abdullayevin idarə etdiyi “Wolkswagen” markalı avtomobilin altına düşüb. Nəticədə piyada hadisə yerində ölüb.

Eyni zamanda Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində şəhər sakini A.Vəliyev idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən 50-60 yaşlı kişini vurub və nəticədə həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hər üç faktla bağlı araşdırma aparılır.


Azvision.az

Teqlər: DİN   Piyada