Bakıda qadın maşının altına düşərək ölüb

Bakıda qadın maşının altına düşərək ölüb
  11 Oktyabr 2019    Oxunub:1480
Oktyabrın 10-da saat 19 radələrində Səbail rayonunun Yeni Salyan yolu küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Abşeron rayon sakini Aidə İsmayılova vurulub və həmin şəxs zərbədən qarşıdan gələn Bakı şəhər sakini C.Abdullayevin idarə etdiyi “Wolkswagen” markalı avtomobilin altına düşüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə piyada hadisə yerində ölüb.

Səbail Rrayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti