Bakı qadının çantasından tapança çıxdı

Bakı qadının çantasından tapança çıxdı
  08 Oktyabr 2019    Oxunub:2852
Bakı qadının çantasından pnevmatik tapança aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, oktyabrın 7-də Sabunçu rayonu ərazisindəki inzibati binaların birində Bakı şəhər sakini P.Axundovanın çantasına Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən texniki qurğu vasitəsi ilə baxış zamanı oradan pnevmatik tapança və ona aid 3 ədəd patron aşkar edilərək götürülüb və müvafiq araşdırmaların aparılması üçün Sabunçu Rayon polis İdarəsinin 13-cü Polis Bölməsinə təhvil verilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti