Bakıda küləyin sürəti 33 m/s-yə çatıb - Faktiki Hava

   Bakıda küləyin sürəti 33 m/s-yə çatıb -    Faktiki Hava
  07 Oktyabr 2019    Oxunub:2168
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti faktiki hava şəraitini açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, saat 17:00-a olan məlumata əsasən, şimal-qərb küləyinin sürəti Sumqayıtda 34, Bakıda 33, Tərtər, Tovuz, Bərdə, Pirallahıda 25, Neft daşlarında 23, Ağdam, Maştağa, Ağstafada 22, Nabranda 20, Binədə 19 m/s-dək güclənib.

Dalğanın hündürlüyü 4,6 metrə çatıb. Şabran, Quba, Qusarda isə yağış yağıb.


Azvision.az



Teqlər: Hava  





Xəbər lenti