“Rasim Ocaqov” təqaüdü tələbəyə verildi

“Rasim Ocaqov” təqaüdü tələbəyə verildi
  07 Oktyabr 2019    Oxunub:4807
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) Xalq artisti, SSRİ və Azərbaycanın Dövlətm Mükafatları laureatı, kinorejissor Rasim Ocaqovun adına təsis etdiyi xüsusi təqaüdü yeni tədris ili üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində operator sənəti ixtisası üzrə ödənişli təhsil alan tələbəyə verib.
ARKİ-dən Azvision.az -a verilən məlumata görə, görkəmli kinorejissorun adına olan təqaüdə İttifaqın İdarə Heyətinin qərarı ilə təhsildə və ictimai işlərdə fərqlənən, müxtəlif tədbirlərdə mükafatlar qazanan 4-cü kurs tələbəsi Nərgiz Yusifova layiq görülüb.

Azvision.az



Teqlər: Rasim-Ocaqov   Təqaüd  





Xəbər lenti