Bakıda 5 nəfər evə basqın edib

 Bakıda 5 nəfər evə basqın edib
  07 Oktyabr 2019    Oxunub:2794
Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə müraciət edən Yeni Suraxanı qəsəbəsində yaşayan Ə.Bayramova oktyabrın 5-də saat 4 radələrində evinə daxil olmuş 5 nəfərin ona fiziki zor tətbiq edərək oradan 400 manat və mobil telefon aparmalarını bildirib.
DİN-nin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini H.Həsənov saxlanılıb.

Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Basqın   Mənzil  





Xəbər lenti