Bakıda iki avtomobil toqquşub

Bakıda iki avtomobil toqquşub
  05 Oktyabr 2019    Oxunub:2504
Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az xəbər verir ki, hadisə paytaxtın Moskva prospektində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil arxadan “Saipa” markalı avtomobilə çırpılıb.

“Mercedes” markalı avtomobildə olan qadın qəzanın şokundan özünü piss hiss edib. Ona ətrafdakıların köməkliyi ilə tibbi yardım göstərilib. Qəza nəticəsində avtomobillərə də ciddi ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisinin (DYP) əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti