Sərhədi pozan Əlcəzair vətəndaşları saxlanılıb - FOTOLAR

   Sərhədi pozan Əlcəzair vətəndaşları saxlanılıb -    FOTOLAR
  04 Oktyabr 2019    Oxunub:2457
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi və qeyri-leqal miqrasiya qarşı mübarizə sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.
DSX-dən Azvision.az -a verilən məlumata görə, xidmət əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində 2 nəfər Əlcəzair vətəndaşı tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.



Bu gün DSX-nin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Qax rayonunun Lələli kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən Əlcəzair vətəndaşları 1995-ci il təvəllüdlü Bouremad İshak və 1991-ci il təvəllüdlü Boulekroune Farouq sərhəd pozucusu qismində saxlanılıblar.



Saxlanılan şəxslərin 25 sentyabr 2019-cu il tarixdə rəsmi qaydada Türkiyə Respublikasından İstanbul-Bakı reysi ilə Azərbaycan Respublikasına gəlmələri müəyyən olunub. Araşdırma zamanı Əlcəzair vətəndaşları dövlət sərhədini pozaraq Gürcüstana, oradan isə Türkiyəyə və Avropa ölkələrinə keçmək niyyətində olduqlarını bildiriblər.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azvision.az



Teqlər: DSX  





Xəbər lenti