Bakıda quldurluq edən şəxs tutuldu

Bakıda quldurluq edən şəxs tutuldu
  04 Oktyabr 2019    Oxunub:1833
Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Rüstəmov oktyabrın 2-də 1 nəfərin onu döyüb mobil telefonunu və 10 manatını almasını bildirib.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini R.Nuralıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti