Dövlət Gömrük Komitəsindən
Azvision.az -a verilən məlumata görə, nəqliyyat vasitəsinə gömrük baxışı zamanı minik maşınının ön sağ təkərinin üzərindəki qanadın içərisində olan zavod konstruksiyasındakı, yük yerinin daxilində - yanacaq çəni ilə oturacağın arasında və mühərrik olan hissədəki boşluqlardan gömrük nəzarətindən gizlədilən 3800 ədəd "Parliament super slim" markalı siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Azvision.az