Daha 13 rayonda səyyar gübrə satışı keçiriləcək

  30 Sentyabr 2019    Oxunub : 987
Daha 13 rayonda səyyar gübrə satışı keçiriləcək
Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, xüsusən də ammofos və nitroammofoska gübrələrinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Azvision.az xəbər verir ki, mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı Qazax, Ağstafa, Tovuz, Göygöl, Goranboy, Şabran, Xaçmaz, Quba, Salyan, Neftçala, Tərtər, Bərdə, Yevlaxda təşkil ediləcək.

Səyyar satışlar:

Oktyabrın 1-də Qazaxın Alpoud, Şabranın Pürəbədil, Tərtərin Hüsənli kəndlərində;

Oktyabrın 2-də Ağstafanın Dağkəsəmən, Xaçmazın Susay Qışlaq, Tərtərin Qəzyan kəndlərində;

Oktyabrın 3-də Tovuzun Əlimərdanlı, Qubanın Alpan, Bərdənin Yeni Daşkənd kəndlərində;

Oktyabrın 4-də Göygölün Çaykənd, Salyanın Xalac, Bərdənin Əmirli kəndlərində;

Oktyabrın 5-də Goranboyun Tapqaraqoyunlu, Neftçalanın Xolqaraqaşlı və Yevlaxın Gülöyşə kəndlərində həyata keçiriləcək.

Adıçəkilən, eləcə də ətraf kəndlərin sakinləri tələb olunan sənədləri - torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər.

Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün 1652 Çağrı Mərkəzi və (+99451) 255-93-83, (+99451) 229-32-07 əlaqə nömrəsinə müraciət etmək lazımdır.

Azvision.az

Teqlər: