Xatırladaq ki, artıq ənənəyə çevrilən bu maraqlı yarışların təşəbbüsçüsü və təşkilatçısı “Azərbaycançılıq İnstitutu” Beynəlxalq İctimai Təşkilatının prezidenti, Ukrayna Azərbaycanlılar Konqresinin (UAK) Kiyev şəhər təşkilatının sədri, sərbəst güləş üzrə əməkdar idman ustası, Azərbaycanın və keçmiş SSRİ-nin əməkdar məşqçisi Oleq Krapivindir.
İki gün davam edən turnirdə BABMT-nin idman kompleksinin tribunaları tamaşaçı ilə dolu idi. Yarışlarda Ukrayna, Azərbaycan, Belarus, Almaniya, Moldova, Rusiya Federasiyası, Rumıniya və Özbəkistanı təmsil edən 235 yeniyetmə oğlan və 126 qız iştirak edib.
Dekabrın 8-də Əfqan Xaşalov (54 kq), Hacımurad Maqomedsaidov (76 kq) və İqbal Hacızadə (100 kq) qızıl medallara layiq görülüb.
Ülkər Babayeva (40 kq) və Pənah İlyaslı (63 kq) gümüş medal, Leyla Qurbanova (52 kq) və Füzuli Hüseynov (54 kq) bürünc medal qazanıblar.
Azərbaycan yığması komanda hesabında birinci yeri tutub. Gənc idmançılarımızın adlı-sanlı müəllimləri Oqtay Hüseynov və Firdovsi Ömərov, habelə Nicat Hacıyev, qızların məşqçisi Rövşən Süleymanov, oğlanların məşqçiləri Əsgərxan Novruzov və Rövşən Hacıyevində uğurda payı var.
Komanda hesabında ikinci yeri Özbəkistan atletləri tutub. Belarus və Rumıniya idmançıları isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.