Paytaxtın iaşə dövriyyəsi 5,7 faiz artıb

Paytaxtın iaşə dövriyyəsi 5,7 faiz artıb
  29 Sentyabr 2019    Oxunub:1622
Bu ilin 8 ayında paytaxtın iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,7 faiz artaraq 668,7 milyon manat olub.
Azvision.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, dövriyyənin 45,3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 54,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.

Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə keçən ilin yanvar-avqust aylarına nisbətən 0,1 faiz artaraq 302,8 milyon manat təşkil edib.

Azvision.az



Teqlər: Statistika  





Xəbər lenti