Taksi sürücüsü qadın sərnişini soydu

Taksi sürücüsü qadın sərnişini soydu
  27 Sentyabr 2019    Oxunub:2574
Sentyabrın 25-də Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində G.Məmmədova sərnişin qismində getdiyi avtomobildən düşərkən sürücü onun ödəniş etdiyi 100 manat pulu açıq talama yolu ilə aparıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sahil qəsəbə sakini R.Mövlayev saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti