Qaxda məktəbdə yanğın olub

Qaxda məktəbdə yanğın olub
  27 Sentyabr 2019    Oxunub:1548
Qax rayonunun Marsan kəndində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 3200 m2 olan ikimərtəbəli məktəb binasının birinci mərtəbəsində yerləşən idman zalının döşəməsi 2 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Məktəb   Yanğın  





Xəbər lenti