SOCAR-ın 51 min nəfərdən çox işçisi var

SOCAR-ın 51 min nəfərdən çox işçisi var
  25 Sentyabr 2019    Oxunub:1862
Ölkənin ən böyük şirkəti olan SOCAR 51 min 125 işçi qüvvəsinə malikdir.
Azvision.az xəbər verir ki, bu barədə SOCAR-ın “Davamlı inkişaf üzrə illik hesabat”ında məlumat yer alıb. Bildirilib ki, ötən il şirkətin işçilərinin sayı 2017-ci ilə görə 2417 nəfər artıb.

Eyni zamanda, 2018-ci ildə SOCAR Azərbaycanın tərkibində hüquqi şəxs statusuna malik 3 istehsalat birliyi, 5 zavod, 2 trest və 1 institut daxil olmaqla 28 struktur bölməsi fəaliyyət göstərib. Həmçinin, şirkət Xəzər dənizinin Azərbaycan sektorunda və quruda yerləşən yataqlarda Hasilatın Pay Bölgüsü sazişləri üzrə tərəfdaşdır.

Azvision.az



Teqlər: SOCAR  





Xəbər lenti