Ağdaş sakinindən tüfəng götürülüb

Ağdaş sakinindən tüfəng götürülüb
  24 Sentyabr 2019    Oxunub:4131
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Ağdaş RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağzıbir kənd sakini M.Şahmuradovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: Ağdaş  





Xəbər lenti