Bakıda “Topaz”a oyuncaq tapanca ilə basqın olub

  24 Sentyabr 2019    Oxunub : 1275
 Bakıda “Topaz”a oyuncaq tapanca ilə basqın olub
Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzi Xidmətinə Nərimanov rayonu ərazisində baş vermiş quldurluq hadisəsi barədə məlumat daxil olub.
DİN-nin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlıb, müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla sentyabrın 22-də saat 23 radələrində mərc oyunları məntəqəsində naməlum şəxsin orada qeydiyyatçı işləyən C.Abışbəylini oyuncaq tapança ilə hədələyib 200 manat pulunu aldığı müəyyən edilib.

“İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Yusublu saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN