Doqquz evdən oğurluq edən ələ keçdi - FOTO

  24 Sentyabr 2019    Oxunub : 1436
Doqquz evdən oğurluq edən ələ keçdi - FOTO
Binəqədi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 43-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt ərazisində silsilə oğurluqlar edən əvvəllər məhkum olunmuş paytaxt sakini Raci Meybullayev saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, həmin şəxs Binəqədi qəsəbəsində 9 fərdi yaşayış evindən oğurluqlar edib. Mənzillərdə heç kimin yaşamadığına əmin olandan sonra oğurluq edən R.Meybullayev əsasən məişət, qızıl-zinət əşyaları və pul oğurlayıb.



Onun yaşadığı evə baxış zamanı oğurladığı əşyaların bir qismi polislər tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb. Qeyd edilən faktlarla bağlı toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.



Bu şəxsin əməllərindən zərərçəkmiş başqa vətəndaşlar varsa Binəqədi Rayon Polis İdarəsi və ys 43-cü Polis Bölməsinə müraciət edə bilərlər.

Azvision.az

Teqlər: DİN