Oğurladıqları heyvanları satan şəxslər saxlanılıb

  24 Sentyabr 2019    Oxunub : 726
Oğurladıqları heyvanları satan şəxslər saxlanılıb
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonda ərazisində yerləşən beş fərdi təsərrüfatdan ümumilikdə on bir xırda və iri buynuzlu heyvanlar oğurlayaraq zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran şəxslər saxlanılıb
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Azvision.az -a verilən məlumata görə, araşdırmalarla onların Xaçmaz rayon sakinləri Mətləb Məmmədquliyev və əvvəllər dəfələrlə məhkum olunmuş Zaur Tağıyev olduqları müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həmin şəxslərin ətrafında aparılan tədbirlər nəticəsində onların törətdikləri başqa oğurluq hadisələrinin də üstü açılıb. Belə ki, M.Məmmədquliyev və Z.Tağıyev Quba rayon ərazisində də analoji cinayət hadisəsi törədərək, rayonda yerləşən iki fərdi təsərrüfatdan xırda buynuzlu heyvanlar oğurlayıblar.

Dindirilmə zamanı həmin şəxslər törətdiyi cinayət əməllərini etiraf edərək, oğurladıqları heyvanları Sumqayıt şəhəri ərazisində satdıqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Həmin şəxslərin başqa oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.

Azvision.az

Teqlər: Qoyun   DİN