Ağcabədidə ağır yol qəzası - Ölən var

Ağcabədidə ağır yol qəzası -    Ölən var
  21 Sentyabr 2019    Oxunub:2897
Ağcabədi rayonunun Boyat kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Qəza  





Xəbər lenti