Küləyə görə 500-dən çox neftçi təxliyə edildi

   Küləyə görə 500-dən çox neftçi təxliyə edildi
  21 Sentyabr 2019    Oxunub:3331
Sentyabrın 21-22-də hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar Dövlət Neft Şirkəti (SOCAR) təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib. SOCAR-dan Azvision.az -a verilən məlumata görə, bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər dayandırılıb.
Bundan başqa tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilib, zəruri sahələrdə növbətçilik təşkil olunub. Hava və dəniz nəqliyyatları vasitəsi ilə artıq 500-dən çox neftçi sahilə çıxarılıb. Məlumatda deyilir ki, mümkün fövqəladə vəziyyətlə əlaqədar mövcud vəziyyət daimi nəzarət altındadır:

“Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-nin yanğından mühafizə gəmiləri tərəfindən növbətçilik həyata keçirilir. Sentyabrın 22-də səhər saatlarında hava şəraitinin normallaşması gözlənilir”.

Azvision.az


Teqlər: SOCAR  





Xəbər lenti