Bakıda yeniyetmə evdən 20 minlik oğurluq edib

  20 Sentyabr 2019    Oxunub : 923
Bakıda yeniyetmə evdən 20 minlik oğurluq edib
Bakıda evdən külli miqdarda pul və qızıl-zinyət əşyaları oğurlanıb.
DİN-nin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də rayon ərazisindəki evlərin birindən 5000 manat, 15.000 manat dəyərində qızıl-zinət əşyaları və müşahidə kamerasının yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılıb.

Azvision.az

Teqlər: DİN   Oğurluq