Bakıda evdən 6 minlik qızıl oğurlanıb

  20 Sentyabr 2019    Oxunub : 645
Bakıda evdən 6 minlik qızıl oğurlanıb
Bakıda evdən külli miqdarda qızıl oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də rayon ərazisindəki evlərin birindən 6 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini E.Qəhrəmanov və Balakən rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - C.Xəlilov və N.Musayev saxlanılıb.

Azvision.az

Teqlər: DİN   Oğurluq