Astarada qadının evindən 2,5 kq heroin çıxdı

Astarada qadının evindən 2,5 kq heroin çıxdı
  19 Sentyabr 2019    Oxunub:1849
Sentyabrın 18-də Astara Rayon Polis Şöbəsinə Məcitməhəllə kəndi ərazisində İran vətəndaşının dövlət sərhəddini pozduğuna görə saxlanılarkən mühəndis texniki çəpərdən bir nəfərə bağlama atması barədə Dövlət Sərhəd Xidmətindən məlumat daxil olub.
Daxili İşlər Nazirlyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Astara RPŞ və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində qısa müddətdə həmin şəxsin Astara şəhər sakini D.Hüseynov olması müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə o, polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla D.Hüseynovun həmin bağlamanı saxlamaq üçün həmyerlisi B.Əliyevaya verməsi müəyyən edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində B.Əliyevanın yaşadığı evin həyətinə baxış zamanı oradan torpağa basdırılan, içərisində 2,5 kiloqram heroin olan bağlama aşkar edilərək götürülüb. Araşdırma aparılır.


Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti