“Azərişığ”ın maşını aşdı - 2 ölü, 2 yaralı var

  18 Sentyabr 2019    Oxunub : 1288
 “Azərişığ”ın maşını aşdı - 2 ölü, 2 yaralı var
Səhiyyə Nazirliyi Quba rayonunda “Azərişıq” ASC-yə məxsus avtomobilin aşması nəticəsində ölən və yaralananlar barədə məlumat yayıb.

Nazirlikdən Azvision.az -a verilən məlumata görə, hadisə nəticəsində iki nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib:

"Daha iki nəfər ağır vəziyyətdə Quba Rayon Mərkəzi Xəstəxanasına aparılır. Ərazi üzrə Qonaqkənd tibb məntəqəsinin həkimləri yaralıların vəziyyətini kritik kimi qiymətləndiriblər. Təcili tibbi yardım briqadalarının həkimləri hər iki yaralının həyatının təhlükə altında olduğunu bildiriblər".

Azvision.az

Teqlər: Səhiyyə   Qəza