Keçmiş məhkum oğurluq üstündə ələ keçdi

Keçmiş məhkum oğurluq üstündə ələ keçdi
  18 Sentyabr 2019    Oxunub:2038
Sentyabrın 2-də Kürdəmir rayonu Mürtülü kənd sakini Təbriz Abışov RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus mağazadan ümumi dəyəri 3000 manat olan məişət avadanlıqlarının və geyim əşyalarının oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azvision.az -a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Karrar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Feruz Bağızadə saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti