Keçmiş məhkum iki evdən oğurluq etdi
Ətrafında aparılan araşdırmalar nəticəsində F. Allahverdiyevin digər cinayət əməlində də əli olduğu aşkarlanıb. Belə ki, saxlanılan şəxsin bir neçə gün öncə vətəndaşa məxsus fərdi yaşayış evinə daxil olaraq 1500 manat dəyərində qızıl-zinət əşyalarını, digər bir vətəndaşa məxsus evdən isə məişət əşyalarını və yataq dəstini oğurladığı məlum olub.
Oğurlanan əşyaların və pulun müəyyən bir qismi maddi sübut kimi götürülüb. Faktlarla bağlı Kürdəmir RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Azvision.az