Bu il 1496 minik avtomobili istehsal olunub

Bu il 1496 minik avtomobili istehsal olunub
  17 Sentyabr 2019    Oxunub:1854
Cari ilin yanvar-avqust aylarında 1496 minik avtomobili istehsal olunub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 204,2 milyon manatlıq məhsul istehsal edilib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 4,6 faiz artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 34,5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 14,3 faiz azalıb.

Həmçinin dövr ərzində 863 traktor istehsal olunub.

Azvision.az



Teqlər: Komitə   Gömrük   Avtomobil  





Xəbər lenti