8 ayda əhalinin gəlirləri 36,8 milyard manat olub

  8 ayda əhalinin gəlirləri 36,8 milyard manat olub
  17 Sentyabr 2019    Oxunub:2089
Cari ilin yanvar-avqust aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,4 faiz artaraq 36 milyard 861,6 milyon manat təşkil edib. Əhalinin hər nəfərinə orta hesabla 3 min 727,8 manat gəlir düşüb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 33 milyard 771,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,3 faiz çox vəsait qalıb.

Azvision.az


Teqlər: Gəlir   Manat  





Xəbər lenti