Agentlik əməkdaşları İmişlidə monitorinq aparıb

Agentlik əməkdaşları İmişlidə monitorinq aparıb
  17 Sentyabr 2019    Oxunub:2645
Aqrar Xidmətlər Agentliyinin (AXA) əməkdaşları İmişli rayonu Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin verilməsi zamanı keçirilən nəzəri və təcrübi imtahanlarda iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyindən Azvision.az -a verilən məlumata görə, AXA əməkdaşları tərəfindən, həmçinin pambığın becərilməsi, yığımı və itkisiz daşınmasına hazırlıq və eyni zamanda texnikaların istismar qaydalarına riayət edilməsi məqsədi ilə “P-Agro” MMC-nin Saatlı filialında özüyeriyən texnikaların, pambığın daşınması ücün nəzərdə tutulan qoşquların texniki vəziyyəti nəzərdən kecirilib, təhlükəsizlik qaydalarına əçəl edilməsi ilə bağlı tövsiyələr verilib.

Agentliyin əməkdaşları tərəfindən kənd yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi, traktor və digər mexaniki nəqliyyat vasitələri tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının müəyyənləşdirilməsi, dövlət qeydiyyatından keçməyən və dövlət texniki baxışına təqdim olunmamış texnikaların aşkarlanması və texniki istismar qaydalarına riayət olunması vəziyyətinin yoxlanılması məqsədi ilə növbəti monitorinq təşkil edilib. Monitorinq zamanı mexaniki nəqliyyat vasitələrində istismar prosesində təhlükəsizlik qaydalarına əməl edilməsinə dair ümumi tələblərin yerinə yetirilməsi vəziyyətinə baxılıb, aşkar olunan nöqsanların qarşısının alınması haqqında mexanizatorlara tövsiyələr verilib və bu barədə maarifləndirmə tədbirləri həyata keçirilib.

Texnika mülkiyyətçilərinə və mexanizatorlara xidmətin fəaliyyətini və xidmət rüsumlarını əks etdirən maarifləndirici bukletlər paylanılıb.

Eyni zamanda AXA əməkdaşları tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq kəndlərdə fermer və mexanizatorlara təlimlər keçirilib və onları maraqlandıran suallar cavablandırılıb.

Azvision.az



Teqlər: AXA   KTN  





Xəbər lenti