Yevlaxda kafe yanıb

  17 Sentyabr 2019    Oxunub : 781
Yevlaxda kafe yanıb
Yevlax rayonunda yanğın hadisəsi baş verib.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, Yevlax şəhərinin Varvara kəndində ümumi sahəsi 152 m² olan birmərtəbəli kafenin dam örtüyünün yanar konstruksiyaları 56 m² sahədə və içərisində 3 ədəd soyuducu, 2 dəst stol-stul yanıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: Yevlax   Yanğın   Kafe