Azərbaycanın ixrac etdiyi qazın statistikası

Azərbaycanın ixrac etdiyi qazın statistikası
  16 Sentyabr 2019    Oxunub:1807
SOCAR və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən, 7 ayda ölkədən 6 milyard 938,2 milyon kubmetr təbii qaz ixrac olunub. Yanvar-iyul aylarında ixrac olunan təbii qazın dəyəri isə 1 milyard 418 milyon 806 min ABŞ dolları təşkil edib.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, 8 ayda neft-qaz sektorunda 20 milyard 492,6 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin neft-qaz sektorunda məhsul istehsalı əvvəlki ilin eyni ayları ilə müqayisədə 0,3 faiz artıb. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 1,6 faiz çoxalıb. Sənaye məhsulunun 70 faizi mədənçıxarma sektorunda istehsal olunub.

Avqustda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 5,1 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 6,8 faiz ucuzlaşıb.

Ötən ayın əvvəlinə iqtisadiyyatın neft sektorunda 34,7 min nəfər çalışıb. Yanvar-iyul aylarında neft sektorunda nominal əməkhaqqı isə 3 min 101,6 manat təşkil edib. Eyni zamanda səkkiz ayda Azərbaycandan 7 milyard 415 milyon 337 min kubmetr təbii qaz ixrac olunub.

Azvision.az


Teqlər: Neft   Qaz  





Xəbər lenti