Azərbaycan “Avroviziya-2020”də iştirak edəcək

  16 Sentyabr 2019    Oxunub : 942
Azərbaycan “Avroviziya-2020”də iştirak edəcək
Azərbaycanın 2020-ci ilin may ayının 12-dən 16-dək Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək “Avroviziya” mahnı müsabiqəsində iştirakı qeydə alınıb.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Azvision.az -a verilən məlumata görə, Avroviziya Mahnı müsabiqəsi 12, 14 və 16 may tarixlərində Rotterdam şəhərində “Ahoy Arena”-da keçiriləcək.

Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Avroviziya"-nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

Azvision.az

Teqlər: Avroviziya   Azərbaycan